Ofisiant

Əvvəl ofisiant işləyirdim indi satıcı, hansı daha pisdi qərar verə bilmirəm. İndi işdə oturmuşam, bu başlığı gördüm, yadıma düşdü.

Birinci ofisiant işimdə 17saat işləyirdim, 17 yaşımda, və günə cəmi 14tl alırdım. 7 manat o vaxtı, 9 il əvvəl. Dönərxanaydı adanada. Sonra Ankarada başladım başqasına, 14-15 saat, günə 16 manat, puluna görə babat sevinmişdim, ama zülüm idi iş əlbətdə. Ankaranın məhşur səmtində, 7ci cadde, bahalı üç mərtəbə restoranın axırıncı mərtəbəsində başladım. Məndən əvvəl beş nəfər baxırmış o mərtəbəyə, mən başlayanda iki nəfər olduq, 30 stul var idi deyəsən, dəlixanaydı, başımız qaçırdı. Ankaranın varlıları, varlı tələbələri gəlirdi daha çox. Bilkent sarışınları gəlirdi, otururdu, naz edirdi, əsəbləşirdi üstümüzə.”Ay canım bugün operayamı gitsem tiyatroyamı gitsem alışverişemi gitsem karar veremedin buraya geldim” tipləri.

İşin üçüncü günündə, Özgür və Devrim adlı iki qaqaş var idi adanalı, dedim ala necə dözürsüz siz bu işə mən artıq ölürəm. Qaqam dedi gəl mənnən iki dəqiqə. Binanın arxasına keçdik, yanğın nərdivanına, gizli bir yer var idi, palatkanı qaldırdı gir içəri dedi, girdim. İçəridə əldə düzəltmə cürbə cür bonqlar, su butulkalarından düzəldilmiş marixuana çəkmək üçüm qablar, hazırladı birini, yandırdıq, hadi aslanım göreyim seni şimdi dedi. Uçuram. Girdik restorana. Bəxtimnən girən kimi boynuyoğunun biri çağırdı, müştəri, başladı istədiklərini saymağa, təkərdəyəm, bunlar da tutdu söhbəti. Saydı saydı saydı, axırda dedi evladım ben ne istedim? Məndə bir qolumdakı sifariş aparatına baxıram bir buna, heçnə yazmamışam dediklərindən, yadımda da deyil. mmm kola? -dedim hıqqına hıqqına. Adam qaşını çatdı, bir də gördüm Devrim gəldi arxadan, can sen otur iki dakka ben bakarım dedi. Əjdaha uşaq idi. Oturdum. Devrimi izləyirəm, uça-uça. Qaqam uçur ala. Az qala ayaqlarıyla da padnos tutacaq, bütün sifarişləri ala ala, ona bir zarafat buna bir gülüş ata-ata. Hazırcavab uşaq idi, bütün aşağı səmt uşaqları kimi. hamıdan sifarişləri aldı, verdi, gəldi yanıma. Mən də acmışam otun verdiyi təsirlə, müştərilərin qabağınnan yeməkləri götürmək istyrəm. Devrim dedim patates varmı? Yoxdu dedi ama bun dəq təşkil eliyərik. Başladıq müştərilərin qabağından yarımçıq bütün qabları yığışdırmağa, bəziləri arxadan çağırır ki mən davam eliyirdim hələ falan. Eşitməməzlikdən gəlirik. İki dənə kartofun söhbətin eləyən deyil adam zatən bu səmtdə. Yığırdıq hamısını gətirirdik boş qablar yığılan yerə, başlayırdıq onun toyuğunu bunun kartofunu, başqasının yarımçıq chees cake’ini yeməyə. İyrənmirdik də. Birincisi ac idik, ikincisi kasıb idik, üçüncüsü hallı idik. Bu üç halın heç birində iyrənmə haqqın olmur. Kasıbların və acların xüsusilə, iyrənmə haqqları yoxdur.

O qədər varlı adam idi müdür, babat qazanırdı, ama axşam yeməyində bizə çörək arası pendir verirdilər, minnətlə. Günorta yeməkləri yaxşı idi ama, əməlli başlı yeyirdik, ama tez yeməli idin təəssüf ki.

Müdür kayserili tülkünün biriydi, məkanda yalannan müştəri ilə dava saldırmışdı, sonra məkanı yandırmışdı gecə, siğorta şirkətindən pul alıb sıfırdan təmir etdirmişdi. Ama həqiqətən də bəzi axşamlar müştəri ilə qırğın problemlər düşürdü. Bir gün, üçüncü mərtəbənin balkonundan baxıram, patron müştəri ilə dalaşır, müştəri əlini atıb belindən silah çıxarmaq istəyəndə bizim 17 yaşlı diyarbakırlı Cüneyt var idi, ürəyli uşaq idi, o silahı belindən qapmışdı müştərinin. Patron da gedib öz silahını gətirdi içəridən. Dəlixana. Normal idi ama, bir müddət sonra alışırsan.

Sonra bir dəfə gecə saat üç, bağlayırıq məkanı, iki kostyumlu müştəri oturub, durmurlar. Xərac istəyənlər imiş. Qoruqçu bizə dedi siz gedin, mən həll edəcəm. Mindik qazelə 14 nəfər, gedirik. Yarı yolda zəng gəldi, Necat abi, qoruqçu, qayıdın deyir, problem çıxa bilərmiş. Şef döndü geri, qazeli hər gecə o sürürdü, geri qayıtdıq. Qazel dayandı restoranın qabağında, 14 nəfər düşdük aşağı bir-bir. Siqaret yandırdı hamı, niyə orda olduğumuzu belə bilmirdik, neyləyəsiydik? Neyləməliydik? Restoranın birinci mərtəbəsi üstü açıq yola baxırdı, orda idi o iki nəfər qarapencək, bizi gördülər, nəsə danışdılar Necat abiylə, durdular çıxdılar getdilər. Yenidən qazelə mindik, evə yollandıq. Orda vəziyyət başqa cür irəliləsə idi, silah çıxarsaydı adamlar, nə edəcəyimizi belə bilmirdik, pox yoluna ölüb gedəcəkdik.

Qazeldə hər gecə Cüneytlə mırtlaşırdıq. Qazeldə də ot çəkilirdi həmişə, başqa cür o yorğunluğa dözmək alınmırdı. Yolun kənarında travesti gördülər yenə, saxladıq, cüneyti göndərdilər get gətir maşına mırtlaşaq, cüneyt gedib deyir abla gelsene, travesti siktir git deyir. Cüneyt qayıdır. Gülüşmələr. Davam edirik. Hamını bir bir öz səmtinə atmaq 1 saat çəkir bəzən, gecə 4-5-ə qədər. Sonra səhər 10 da yenə iş.

Devrimlə Özgürü adətən çin-çin səmtinə atırdıq, ot almağa gedirdilər hər gecə, səhərlər bəzən döyülmüş halda gəlirdilər. Oğlum devrim noldu? “Ya bişey olmadı, dün akşam gitdik, çizdiler, geldik” deyir Devrim həmişə.

Patron yeni bir maşın almışdı, porsche, cem yılmazdan alıb deyirdilər, doğrumuydu bilmirdim, cmy idi nömrəsi də. Bir gün digər maşın getmişdi, onla aparırdı Necat abi bizi, dört beş nəfərik, bizim səmti keçdi. Abi deyirəm, beni atmadın, ya Can hayatında kaç kere porşeye bindin allah aşkına deyir, gülür, dur biraz tur atalım deyir. Fırlanır Ankaranı, gecə saat dört, yatmaq istəyirəm. Abi porşe sikimde değil uyumak istiyorum sadece deyirəm. Yenə bir travesti ya fahişə görür yolun kənarında, yaxınlaşır, pəncərəni endirir, “sen ne ayaksın yarrağım” deyir, fahişə də “kırk ayağım yarrağım sen ne ayaksın” deyib siqaretindən bir tüstü də alır, iztirabla maşının içinə baxır. Davam edirik, petrolda saxlayır, uşaqlar bir bir maşınla şəkil çəkdirirlər o ərəfədə, davam edirik, güc bəlayla evə çatdırırlar sonda. Məhlənin başında endirirlər, evə doğru yeriyirəm, saat beş, pavyonlar sokağının arxasında qalırdım, gücə pavyonların qarşısından keçirəm, yanımda iki nəfər dalaşır pavyonun qarşısında, “sen kimsin de müşteriyi dövüyon lan amına koduğum?” deyir savaşan bir səs hirslə, döyərək, “benim pavyonumda müşteriyi sadece ben döverim lan tamammı?” deyib yenə vurur. Baxmıram belə, davam edirəm, alışmışam. Tez-tez silah səsləri də eşidilirdi orda gecələr, bizim iş yerindən də betər yer idi. Evə gedirəm, qısa bir yuxu, səhər yenə avtobus və iş.

Patronun aşağıda 7 min manatlıq iki papuqayı var idi, Cüneyti çağırırdı yanına arada. Söyürdü onu. Orospu çocuğu cüneyt deyirdi, papuqay təkrarlamağa çalışırdı, patron bərkdən gülürdü, cüneyt də gülürmüş kimi edirdi. Axşamlar tualetlərdəki zibil qablarının içindən salfetkaları yığışdırmağı Cüneytə tapşırırdı, çox iyrənc iş idi. Pula qənaət etmək üçün əlavə zibil torbası aldırmırdı, salfetkaları əlcək geyinib əlinlə çıxarıb bir torbaya yığmalı idin poxlu salfetkaları. Arada prezervativ çıxırdı içlərindən. Cüneyt ucundan tutub sallana sallana göstərirdi, bakın ne buldum deyirdi sırtıq gülüşlə. Biz də baxırdıq, hərə bir şey deyirdi, məzələnirdik, rituel bitirdi. Kimsə tualetdə yenə bilkent sarışını sikmişdi, biz də poxunu təmizliyiridik. Cüneytdə biraz sanki əqli zəiflik var idi, və işə və pula ən çox o möhtac kimi görünürdü deyə ən çox işlədilən də o olurdu. Başqa çarəsi yox idi, bərbad taleyinin günahkarı da o deyildi.

Axşam iş iki də bitsə də üç, bəzən dördə qədər təmizlik edirdik. Sonra günlük maaşlar paylanılırdı. 35 tl mənim üçün böyük məbləğ idi, alırdım və günün əziyyətinə dəydiyini düşünərək evə yollanırdım. Yığırdım pulları evdə. Çoxlu nəğd əzik üzük pulum var idi. Xərcləmirdim. Onsuz da vaxt olmurdu xərcləməyə. 7 gün işləyirdim. Bunun ədalətli olmadığını, dünyanın murdar bir yer olduğunu çox da düşünmürdüm, bunun keçici olduğunu, sonralar düzgün bir işim olacağını sanırdım. Yanılırdım. Dünya murdar bir yer idi, ədalət yox idi və düzgün bir işim də olmayacaqdı, ya da mən istəməyəcəkdim. Illlər sonra yavaş-yavaş başa düşürsən.

İronik tərəfi o idi ki, o restorana məni müştəri olaraq buraxmazdılar heç. Qapıda şef dururdu, tiplərə baxıb pullu olub olmadığına görə içərdə yerimiz yoxdu hamısı reserv olunub deyirdi. Bəzilərinə daha sərt dillə deyirdi. “Tipsiz” deyirdik öz aramızda onlara, yəni həm görünüş olaraq tipi yox idi, həm bəxşiş mənasında tip verməyəcək adamlar idilər. Bəxşişləri bizə vermirdilər, müdür qoymurdu, kassaya yığılır, ayın sonunda bölünürdü. Bəzən müdür işləməyən yerdə tutanda kimisə, sənin bəxşişini kəsəcəm bu ay deyə təhdid edirdi. Kəsirdi də. Bəxşişlərin çox kiçik hissəsini verirdi bizə.

Bir gün servisdə işləyən qaqaşlardan biri gəlməmişdi deyə Devrimə sən padnosları daşıyacaqsan dedi müdürün bacısı. Müdür yoldaşıyla tətildə idi dənizdə. Bacısı və yoldaşı bizimlə yaşıd idilər. Hətta işə yeni gələndə müdürün yoldaşının işçi olduğunu sanıb girişməyə çalışmışdım sonra Devrim demişdi “müdürün karısı  lan o” deyə. Həm bacısı həm yoldaşı sözün əsl mənasında qancıq idilər. Müdürdən daha pis davranırdılar işçilərə, götləri qalxıq idi. Devrim dedi ki mən padnos daşıya bilmirəm, üç mərtəbə pilləkənlə iki əlində padnos çıxmalısan. Yox dedilər etməlisən adam yoxdu. Devrim çıxdı, ikinci mərtəbə də dağıtdı hər şeyi, iki padnos, bahalı içkilər, pivələr, viskilər və.s geri gəldi, yenə verdilər, ikinci mərtəbədə yenə dağıtdı. Aşağı düşəndə müdürün bacısı dedi bilərək edir piç. Devrim piç sözünə görə çox pis oldu, əsəbləşdi, qızın yoldaşına döndü və lan Hacı ben niye bilerek dağıtayım dedi. Hacıya lan dediyi üçün müdürə zəng elədilər, dedi işdən çıxanda hamı məni gözləsin heç kim getməsin. Gecə 5-ə qədər oturub müdürü gözlədik. Devrimi qovdular. Pulunu da vermədilər. Normalda şərt var idi əgər onlar səni qovsa içəridəki pulu verirlər, ancaq sən işdən çıxsan vermirdilər. Təxminən içəridə bir həftəlik bəzən iki üç həftəlik pul saxlayırdılar hər işçinin ki qaçıb getməsin, ancaq onlar istəyəndə gedə bilərdi kimsə. Ona görə də istədikləri kimi davranırdılar işçiyə, heç kim çıxmırdı, çıxa bilmirdi.

Axşam müdür gəldi. Adam sırf bizi söyə bilmək üçün durub gəlmişdi 4-5 saatlıq məsafədəki tətil yerindən. Gəldi başladı söyməyə. Biz heçnə etməmişdik belə, heç devrim də etməmişdi. Orospu çocukları sizi, sizin çörək pulunuzu mən verirəm lan dedi, sizin amınıza koyarım lan ben, siz kimsiz ala? Kimsiz hə? Heç kim mənim nə bacımla nə hacıyla( bacısının əri) elə danışa bilməz! Söyürdü.  İşçilərə baxırdım, üzlərinə, heç kim çıxmırdı işdən, başda anlamırdım, sonra mən də onlar kimi idim və yəqin ki yeni gələnlər də mən qarışıq hamıya baxırdı ki bunlar niyə çıxmır işdən. Sakit oturub gözləyirdik, söyülməyimizin bitməsini. Arxada qab yuyan xala var idi, oğlu ilə birlikdə işləyirdi. Ən çox ona pis olurdum. Anası oğlunun yanında, oğlu da anasının yanında utanırdı deyə. Çox yaxşı qadın idi yazıq. Utanırdı hər dəfə. Qıp qırmızı.

Devrimin ev yoldaşı Özgür onu müdafiə etmək adına bi şeylər dedi, müdür onu əlavə olaraq söydü. Bir müddət sonra Özgür də çıxdı işdən. Adları kimi gözəl uşaqlar idilər. İçəridəki yaxın dostlarımı itirmişdim. Ondan sonra daha da çətin keçirdi vaxt.

Müdürün murdarlığı bir tərəfdən, müştərilər bir tərəfdən. Bəzən ikisi birləşirdi. Məsələn müştərilərin üzünə gülmə məcburiyyəti var idi. Dəxli yoxdu kefin yoxdu ya pis hiss edirsən, ya qızdırman var, gülməlisən. Bu ən çətin tərəfi idi əslində, söyülməkdən də çətin. Məcburi və saxta gülüş. Kameralardan baxırdı müdür. Bir gün gəldi üçüncü mərtəbəyə, məni çağırdı kənara. Başladı əsəblə danlamağa. Ağzımı tutdu əliylə əzələlərimi arxaya itələyərək üzümdə gülüş yaratmağa çalışdı. “sen napıyosun lan amına koduğum, güleceksin lan tamam mı? Tamam mı Can? Tamam mı aslanım? Anan da ölse güleceksin! ya da siktirip gideceksin çalışmayacaksın tamma mı koçum benim?”  deyirdi. Əlini üzümə sallayırdı əsəblə. Tamam deyirdim əlbətdə mən də. Haqqlı idi əslində, iş onun idi və qaydaları o qoyurdu. Bəyənmirsən siktir get, gedəcək yerin varsa təbii. Müştərilər daha pis idi yenə də. Müdürə öyrəşirdin. Hər gün eyni adamın səni sikləməsi ilə hər dəfə fərqli adamın sikləməsində fərq var idi. Nifrətlə dolurdum hər dəfə. Neçə dəfə müştərinin artistliyi səbəbilə vurmaq istəmişdim ancaq içəridəki pulum gəlib dururdu gözümün qabağında, vursam, məsələn 270 tl’lik yumruq vuracaqdım. Köks ötürüb əsəbimi içimdə boğurdum, cəhənnəm deyirdim. Vursam ya da nəsə desəm, cavab qaytarsam işdən çıxaracaqdılar.

Müştərilər bir insan olaraq öz yarımçıqlıqlarını, natamamlıqlarını ofisiantlardan çıxırdılar. Əmr verirdilər, kölə kimi davranırdılar. İqtidarı əllərində hiss etmək onlara xoş gəlirdi əlbət. Hamısı elə deyildi təbii. Ancaq murdar insan hər yerdə murdardır. Özünü başqalarından üstün görən, xüsusilə elit, varlı təbəqə mənsubları sənə sanki bir zibil kimi davranırdılar bəzən. Bir müddət sonra alışırdın ama, sırtılırdın, bir üzünə tüpürürdülər o birini çevirirdin. Bərbad bir həyat idi və günahkarı mən deyildim. Həyat özü bərbad idi və mənim əzablarımın günahkarı elə bir dünyaya məni gətirənlər idi.

Barda filmi var idi türklərin. Özümü onun baş rolu kimi hiss edirdim arada, müştərilərə işkəncə vermək istəyirdim, öldürmək istəyirdim. Götü qalxıq bilkent sarışı saxta glamur qızlara sırf mənə etdikləri mimika və jestlərə görə təcavüz etmək istəyirdim. Nifrətlə dolu idim və özümə haqq da verirdim. Onlar içib qusurdular, mən də başımı aşağı salıb təmizləyirdim. Başqa çarəm yox idi. Ya da başqa çarə axtaracaq qədər ehtiraslı ya da istəkli deyildim. Müdür də məni işdə saxlamağın tərəfdarı idi, “yaxşı” işlədiyimçün. Bir gün bizim Aqşin var idi, onu bizim yerə işə düzəltdim. Sevinmişdim ki işdə dostlarımdan kimsə olsa baş qarışar. Mətbəxdə başladı, iki üç saat sonra yuxarı gəldi, müdürün arvadı səni çağırır dedi. Bunlar sənin azərbaycanlı olduğunu bilmirdi? Yox dedim nə olub ki. Məndən soruşdular haralısan, azərbaycan dedim. Dedilər olmaz işləmək. Aşağı düşdüm. Müdürün arvadı dedi xariciləri işlətmirik biz sən niyə bizə deməmisən, dedim soruşmamısız. Ərinə zəng elədi. Aqşini göndərdilər. Mən qaldım. Axşam gəldi müdür, sən dedi, yaxşı işçisən, həm onsuz da bilinmir xaricisən, işlə sən Can. Bakarız dedi. Həyatım onun bakarız-ından asılı idi sanki, fərasətsiz idim, bariz. Döndüm geri gediridim. Arxadan arvadı yüksək səslə mənə eşitdirmək istəyərcəsinə buna “nəysə yeni işçi tapanda çıxararıq bunu da” dedi. Müdür yazzıq bir səslə niyə elə deyirsən dedi, eşidir axı səni, yazıqdı xətrinə dəyər, elə demə, uşaqdı. İlk dəfə müdürün içində biraz belə olsa insanlıq olduğuna şahid olmuşdum. Arvadı isə, yenə qancıq olaraq qalırdı. Məni sevmirdi, həmişə sataşırdı. Saçımı özüm kəsirdim evdə. Hər dəfə kəsəndə deyiri nə gündəsən yenə özün kəsmisən? Gülürdü sonra da o özünə məxsus iyrənc gülüşü ilə. Üzündən necə bir tip olduğunu başa düşə bilirdin. Tam bir ifritə.

Sonra bir gün konyaya gedəsi oldum, ölkədəki oturma icazəmi, vizanı uzatmalı idim. Ama icazə vermirdilər işdən ki gedim. Absurd vəziyətdə idim, işi itirməsəm deport olacaqdım, deport olmamaqçün işi itirməli idim. Yalvardım yaxardım. Get dedilər yaxşı. Getdim həll etdim. Bir iki gün sonra qayıdanda işə götürmədilər məni. Müdürün arvadı idi yenə problem edən. Dirəşmişdi mənlə. Mənə bir kağız verdi imza atmaq üçün. İçəridəki pulumu tələb etməyəcəm yazılmışdı. Dəli oldum. Bu nədi dedim, mən ki işdən çıxmıram siz çıxarırsınız. İçərdəki pulumu niyə vermirsiniz? Sonra mənə 50 tl uzatdı. Sadəcə bunu verə bilərəm dedi minnətli formada. Devrimə də belə etmişdilər və devrim pulu qabaqlarına tullayaraq “gerek yok kalsın ihtiyacınız olur” demişdi. Eynisini etdim. Qalsın dedim, ehtiyacınız olar. Sən bilərsən dedi, pulu götürdü. Bütün əsəb və nifrətlə çölə çıxdım. Azad idim əslində. Uzun müddətdi bu anı gözləyirdim. Hara istəsəm gedə bilərdim. Uşaqlarla uzun müddətdi görüşmürdüm həftənin hər günü işlədiyimçün. İşin yanında Odtu universitetində oxuyan bir dostum var idi. Cavidə zəng edim dedim, görüşək. Balaca dükana yaxınlaşdım zəng etmək üçün. Əlimi cibimə atdım qəpik quruş çıxdı. Üstümdə pulum olmadığı yadımnan çıxmışdı təmiz. Daha da əsəbləşdim. Nə zəng edə bilərdim, Nə də evə dönüş pulum var idi. İndicə içəridə geri çevirdiyim 50 tl’ni niyə götürmədiyim üçün özümü söyməyə başladım. Sənin harana yaraşır dedim. Bəlkə girib içəri istəyim dedim, onsuz da o iş üz buraxmamışdı, sanki sırtıq olsam nə olacaqdı. Yox dedim. Əsəbləşdim. Hər yeri yumruqlamaq istəyirdim. Biraz əvvəl ki o kimləsə görüşmə ehtimalının verdiyi sevincdə pox oldu. Avtobus üçün də pul yox idi. Çatmaqaş, əsəbi və nifrət dolu çox uzaqdakı evə doğru yeriməyə başladım.

——-

İşdən təxminən 1500tl pul yığa bilmişdim. Hər dəfə görəsən nə edim deyə düşünüb və ehtimallarla həyəcanlanırdım. Sonda dostumla Kievə ordan da Moskvaya getməyi qərara almışdıq. Qardaşının yanına gedəcəkdik, az pul çıxacaqdı. İstanbuldan gedən yük maşınları var idi, onların içində ucuz qiymətə gedə bilirdin. Sonra bir gün durduq yerə universitetimin pulunu qaldırdı nazirlik. Tamı tamına 1500tl verməli idim universitetə. Axmaqlıq idi və heç cür doğru olduğunu qəbul edə bilmirdim. Bir ay gözlədik, tələbələrlə ərizələr yazdıq. Nəticə eyni idi. Sonra məcbur, əsəblə, yığdığım pulu məktəbə ödədim. Əsəbdən ölürdüm. O qədər işləmişdim, və pul bir anda yoxa çıxmışdı. Daha da betəri o oldu ki, mən pulu ödədikdən bir müddət sonra qərar ləğv oldu və borclar silindi. Ödəməmiş olanlar ödəmədi. Ödəmiş olanlar isə baxa-baxa qaldı. Heç bir formada bəxtim gətirməmişdi və kişilərə ağlamağı öyrətməmişdilər.

——-

İndi bir ildən çoxdu satıcı fason bir şey işləyirəm. Çox şey dəyişib, amma heçnə düzəlməyib. Həyat belədi, artığını gözləməməlisən, gözləməklə səhv edirsən. Dünən də taksi şoferi üçün baş vurduğum işdən cavab gəlib, götürüblər. Sevinəsənmi yoxsa üzüləsənmi bilmirsən. Satıcılığı buraxıb ona başlayımmı deyə düşünürəm, dilemmada, hansı daha az pisdir seçimini etməyə çalışıram. Hər ikisində lənətə gələsi müştəri var, ama taksidə müdür yoxdu heç olmasa. Ofisiant, satıcı, taksi şoferi. Həyatım bu frekanslarda irəliləyir. Halbuki rok ulduzu olacaqdıq elə deyilmi?

Əslində  bu tip işləri bir tərəfdən də sevdiyim üçün bu frekanslarda fırlanıram bəlkə də. Təcrübələr və hekayələr var idi, və hər ikisini sevirdim. Məncə hər insan həyatında bir müddət ofisiant, satıcı kimi işlərdə işləməlidi. Ünsiyyət problemi olan insanlar var, utancaq insanlar var, başqa çox insanla danışmamış insanlar var. Onları inkişaf etdirir. Belə deyək, sırtılırsan, Ki sırtılmalısan. Sonra, bu tip işlərdə işlədikdən sonra başqalarına qarşı daha nəzakətli və mülayim olmağı öyrənirsən, daha diqqətli olursan, xətrinə dəyməməyə çalışırsan məsələn bir ofisiant ya satıcıyla qarşılaşanda. Bir də şey var təbii ki, həyatın qəhbə üzünü görməmiş insanlar. Saf və təmiz insanlar. Məsələn heç vaxt ofisiant işləməməmiş insanlar, ya satıcı, ya başqa aşağı təbəqə işi. Heç vaxt alçaldılma hissini yaşamamış insanlar var. Buraxsan sənə həyatın nə qədər gözəl yer olduğuna dair nəğmələr oxuyacaq nikbin insanlar var. Əl üstündə böyüdülmüş əzab və ağrıdan uzaq insanlar. Ağzı həmişə isti yerdə olmuş insanlar. İntihar zəiflik ya da axmaqlıqdır kimi absurd və cahil bir cümlə qurmağı bacara bilən insanlar var. Cahildir çünki bilmir, çünki heç vaxt ofisiant işləməyib məsələn, üzünə tüpürülməyib, söyülməyib, həyatdan o dərəcədə bezməyib. Və o cahilliyin verdiyi xoşbəxtliklə həyatı qucaqlayır. Cahillik bu nöqtədə görüldüyü kimi xoşbəxtlikdir məsələn.

Sonra o cahillərin aralarından həm cahil həm də lovğa, təkəbbürlü, dikbaş, qürrəli bir cındır çıxır məsələn, gedir oturur bir kafedə. Başlayır ofisiantın üstünə getməyə, kiçik bir səhvə görə, ya da heç olmayan səhvə görə. Özünü sübut etmə cəhdləri. Natamamlığını tamamlama cəhdləri, nə qədər murdar biri olduğunu sərgiləyir. Tələb edir çox ciddi bir şəkildə məsələn nəyisə. Bu sikik dünyada sanki tək problem bunun boşqabının içindəki toz dənələriymişcəsinə. Ya hesabı gecikdirdiyi üçün qışqırır ofisianta, Kişilənir, hopurdanır yazıq ofisiantın üstünə, sonda kişiliyi ilə fəxr edir. Qarşısındakının da bir insan olduğunu unudur. Sonra, ofisiantımız bir gün bezir, evinə gedir, və özünü asır, intihar edir. Düşüncəsiz qürrəli kişiciyimiz isəo sikik həyatına davam edir. Hansısa bir gijdıllağın xayalarından fırlamış milyon spermdən təsadüfi birinin  müvəffəqiyyətli uzantısı olaraq gəldiyi bu dünyadakı həyatına dərin mənalar yükləyərək davam edir yaşamağına, qürrələnə-qürrələnə həm də.

——–

Xancan Kərimovtimidus, 23 iyul 2016.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma