ölüm adlı yarımçıq şeir.

Bütün bu intihar sancılarına baxmayaraq,
Yaşamaq istəyirəm, həyat,
Sənin bütün ağrılarına baxmayaraq,
Yaşamaq istəyirəm.
Geridə qalır planlaşdırılmış bütün intihar girişimlərim
Yaşamaq istəyirəm,
Həm də bütün gücsüzlüyümlə,
Bütün bezmişliyimlə,
Bütün qorxaqlığımla.

İçimdə ağlayan bir uşaq var,
Qaytar oyuncağımı deyə inləyir,
İçimdə ağlayan biri var,
Yaşamaq istəyir.
İçimdə bir savaş var,
İki tərəfli.
Ölmək istəyən mənəm,
Yaşamaq istəyən onlar.

Bütün ordusunu yığıb yenə bədənim,
Dayanıb beynin qapısına,
beynimə savaş açıb ürəyim
Təhdid edir onu,
olası bir intihar girişiminə qarşı.

Ölümü hər təsəvvür edişimdə
Ürəyimdə bir gurultu başlayır,
qulaqlarıma qədər,
Yorğun cəngavərlər ordusudunun,
uzaqdan gələn uğultusu.
Damarlarda irəliləyən.
qan dənəcikləridir onlar,
Savaşa hazırlaşırlar,
Həm də Ölümünə!
Həm də ölümünə!
Yayılırlar bütün bədənə,
Beynə doğru yol alır əsas hissə,
Hayqırışlarla!
Gurultuyla!
Qışqır bağırla!
Anlayacağın,
İçim qan ağlayır,
…Ölümünə.
Qan beynə vurur,
Bütün gücüylə,
..ölümünə.!

Həyəcan telləri çalınır bütün bədəndə,
Nəfəsim itiləşir,
Dilim quruyur,
Gözüm qaralır.

Ən təpədə yer alır,
Kralın şəhəri.
Paytaxtların ən görkəmlisi
Qan beyin baryerasıyla qorunan,
O möhtəşəm, Bezmişlərin şəhəri.
Küçələrində söyləntilər gəzir,
“Kral özünü öldürəcək! Kral özünü öldürəcək!”
qan su yerinə axır bugünlərdə,
Paytaxtın küçələrində.
Beynin dərinlərinliklərinə..

Kralın ən güclü cəngavəri dayanıb,
Paytaxtın qapısında,
Bütün varlığıyla,
tərəddüdsüz
titrəmədən!
Qanlı ordunu gözləyir,
Titrəmədən!
Gözündə dərin qaranlıqla,
Orcus adlı ölüm tanrısı.
Savaşı gözləyir,
Titrəmədən!

Dizləri əsir kralın,
Axı o ölmək istəmir,
Həyat eşqiylə doluydu,
Bəs etmədi həyat ona,
uduzdu doyumsuzluğa,
sonra pıçıldadı yavaşca:
Ürəyə ən çox, yaşamaq ziyandı.

Bütün gücüylə çəkir qılıncını qanlı ordu,
yıxlır orcus!
Səslər yüksəlir,
Ölümsüz orcus yıxılır!
Ölümsüz orcus yıxılır!
Ölüm tanrısı, yıxılır!

Qorxaq kral! Qorxaq kral!
Qorxaq beyin! Qorxaq beyin!
arasıkəsilməz məğlubiyyətlərinə birini daha əlavə edirdi kral,
Ölümə qovuşmadan.
Yaşama sevinci qalib gəlirdi
bütün vaxtı keçmiş intihar girişimlərindəki kimi.
İçimdə bir dilemmma,
İçimdə bir ikiləm,
İkiyə bölünüb bədən,
Ölməyi istəyən mənəm,
Yaşamağı istəyən genlərim..

Silah gücünə yaşayıram sanki,
ya da gen gücünə.

Bir tərəfdə bioloji mən, Bir tərəfdə şüur
Bir tərəfdə r

timidus, 6 aprel 2016.
Ölümündən bir neçə il əvvəl gecəyarısı.

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma