Varlıq və Yoxluq arasında

Varlıq və Yoxluq arasında romanı Xancan Kərimovun 2017ci il 30 May tarixində çapdan çıxmış ilk romanıdır. Yazar romanın yazılımına 2016cı il sentyabr ayında başlamış və 2017ci il mart ayında bitirmişdir.

“..Qırmızı, bir xatirədir. Zərərsiz və kiçik xatirə. Mavi, soyuq, isti, qaranlıq, yaşıl, dəniz, A’nın tələffüzü, qaçmaq və gülmək ən incə təfərrüatlarına qədər işlənilib yaddaşa yüzlərlə ya minlərlə neyron şəbəkəsi tərəfindən həkk olunmuş xatirələrdir. Bütün bu zərərsiz və kiçik təfərrüatlar birləşərək daha böyük, kompleks və bəzən zərərli xatirələr yaradırlar..” – kitabın arxa qapağından.

Yazar bu əsərində insanın varlıq və yoxluq arasındakı tərəddüdünün dərinliyinə enərək ortaya çıxan vəsvəsənin fəlsəfi və psixoloji prinsiplərini incələyir. Xoşbəxtlik və bədbəxtlik arasında dillemada ilişib qalan insanoğlunun nə edirsə etsin tragediyadan qaça bilməyəcəyinə deyinir. Köçəri həyat yaşayanların hekayələrindən bəhs edən yazar nostalgiyanın niyə və necə müasir xəstəlik formasına çevrildiyindən danışır.
Gəlir ədalətsizliyi, işsizlik, yadlaşma, narkotik və seks distopiyasının içində boğulan müasir gəncliyin iztirablarını elmi və ədəbi nöqteyi nəzərdən ələ alan yazar hadisələrə təkamülün gözü ilə baxaraq insanın niyə genetik və coğrafi determinizmin qurbanı olduğunu aydınlaşdırmağa çalışır. Roman 400 səhifədən ibarətdir.

Kitab Alatoran yayımları tərəfindən çap edilmişdir və aşağıdakı satış məntəqələrindən əldə edilə bilər:

Qiymət: 6 man.

Kitabevim – 28 May metrosu yaxınlığında

Akademiya Kitab – Targovıda, Edebiyyat muzeyinin altında

Xan Xezinesi – Elmler Akademiyası metrosu yaxınlığında
Səyyar satış:
KitaBaz –  051-438-32-64, Qurban Məmmədli:
Varlıq və yoxluq arasında

 

 

 

Varlıq və Yoxluq arasında” üzərinə 2 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma