alkoqolik

içki aludəçisi.
bir dostum var idi, keçən il çox vaxt birlikdə gedib içirdik. içmədiyi gün olmurdu. mən də içirdim amma onun qədər başını buraxmırdım. hər gecə blackout olurdu qaytarırdım evə. dünəni xatırlamır. sabahı düşünmür. bütün pulu da xərcləyib. kimləsə dalaşırdı. söyürdü. ayırırdım
başqa şəhərə köçdü bir ara, yeni iş və həyat qurmağa çalışdı içkidən uzaq, dayana bilmədi qayıtdı. getdiyi barlar üçün darıxırdı. getdiy yenə içdiy. qayıdışını qeyd etdiy.
o günlərdə onu qəti başa düşmür və deyirdim ki məntiqsiz hərəkət edirsən. özün özünə qaz verirsən ki içməsəm dayanammaram, əslində dayanarsan. bu qədər içmək də ziyandi və s. uzun müddətli ziyanı qoy bir kənara, qısa müddətli belə bugün içdin sabah idraki funskionallığın zəifləyir, əsəblərin pozulur və.s
onun etdiyi şeyi mən də otla edirdim. sonra ota ara verməyə çalışdım. o da getdi. bir də baxdım ki yavaş-yavaş içmədən dayana bilmir olmuşam. hər gün bugün içməyəcəm deyirsən ama günün sonunda bir də görürsən ki hardasa necəsə içmisən və o səni sakitləşdirib bir az da olsa.
plus, indi başa düşürəm ki məsələ alkoloqlun dəmi gəldi deyə içmək deyil, məsələ biraz ayılan kimi və idraki funksionallığın yerinə gələn kimi o qaçdığın və gizləndiyin mövcud bir problemin sənin ömrünə oturmasıdı. çıxış yolu yoxdusa əgər, onu unutmaq üçün ya agresiyanı azaltmaq üçün butulkanı qaldırırsan başına. içəndə xoşbəxt olursan, ama içdiyin üçün xoşbəxt deyilsən. içmək istəmirsən. ama içməsən əlini ayağını divarda qıracaqsan.
mənim öz içməyə məcbur olma səbəbim böyüyüb bu qədər ömrümə oturmayana qədər fikirləşmirdim ki o dostum niyə içir. deməli onun da unutmağa çalışdığı nəsə var. hansı ki həyatının alt üst olduğunu da bilirdim, övladlıq böyüdülüb məsələn. amma özünün də içmədən dayana bilməyəcək səviyyədə bir dərdin olmayana qədər empatiya qapıların bağlı qalır əlbətdə. önyarqı hər yerdədi. başqasının nəyi niyə etdiyini başa düşmürsən o vaxta qədər.
hirsini bədənində boğub içmədən dayanıb özünü müalicə etmək istəyirsən. bir həftə içmədən dayansam hirsimlə baş edərəm deyirsən. ama nafilə. heyfin gələn tək şey olur, o da nə qədər pulun getdiyi. gedib ən ucuz və murdar dadı olan vodkanı belə alırsan vodka sevməsən belə. sağlığın ya psixologiyan vecinə belə olmur. çünki ayıq qalmaq sanki daha da zərər verir.
boksa yazılmaq istəyirsən, hər dəfə eyni problemin əsəbi beyninə vuranda yumruqlayıb soyuyasan deyə, ama boks torbasını üstündə gəzdirmək olmur. əsəb gələn anda orda olmayacaq. nə də ki öz evin də yoxdu ki boks torbası asasan. butulka isə həmişə sumkadadı. ya da joint.
aludəçiləri qınayan insanlara nifrət edirəm. bilmirlər məsələ nədir. ancaq mühakimə edirlər.
aludəçilərin də ayıq-baş insanları qınamasına nifrət edirəm. təhsilsiz analiz edirlər. kimin bədəninin və psixologiyasının nəyə necə dözümlü olduğunu fikirləşmirlər.
axırda hər şeyi siktir edib belə bir mahnı açırsan və özünə verdiyin zərəri məşrulaşdıracaq bir nota eşitmək istəyirsən.
adı üstündə, ölümünə.

 

bir vaxtlar içəndə cem karacaya, fikret fızıloka qulaq asırdım. indi onlara qulaq asamaq mənim üçün qadağandır. şərqə baxmaq qadağan olduğu kimi.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma