Varlıq və Yoxluq arasında pdf

Varlıq və Yoluq arasında romanının pdf formatı linki: Xancan Kərimov – Varlıq və Yoxluq arasında pdf

“..O uzaq diyarlardakı ən dərin və xoş hisslərin yaşandığı mistik adadan gələn bir qaranquş onun qulağına bir şeylər pıçıldayıb geri uçdu. Hansı rəng olduğuna qərar verə bilmədiyi bilinməz bir kölgə ona yaxınlaşdı və itirməməsi gərəkdiyini bərk-bərk tapşıraraq ona görünməz bir açar verdi. Buludlar ona bir daha ağlamamaq sözü verdilər və gülərüz günəş onu salamladı. Uzaqlardan eşidilən qəmli bir musiqi onun melanxoliyasına müşaiyət etdi. Yaşıl cəngəlliyin içindən Poseidondan məktub gətirmirmiş kimi davranan və uzun yoldan gəldiyi məlum olan at belində bir cəngavər ona yaxınlaşıb bir məktub verdi və Mavi məktubu oxuyub dəhşətə qapıldı. Bir anlıq var olduğundan əmin ola bilmədi və özünü yalandan varmış kimi aparmağa çalışdısa da müvəffəqiyyətsiz oldu. Arxasından indiyə qədər heç vaxt dəniz görməmiş olmasından gileylənən bir göyərçinin səsi duyuldu və geri dönüb ona təskinlik vermək istəyərkən Mavi kampın yoxa çıxıb yerinə sadəcə hündür ağaclar və alçaq otların olduğu bir dəlixana həyəti görürmüş kimi oldu. Bir anlıq özünü sadəcə Fredin yazdığı romanın bir qəhrəmanı kimi sandısa da, Fred onu bunun doğru olmadığına inandırdı. Dağın ətəyindəki gölün dalğası kədərləndi və bir leysan başladı Mavinin sinəsində heç vaxt bitməyəcəkmişcəsinə..”