alkoqolik

içki aludəçisi.
bir dostum var idi, keçən il çox vaxt birlikdə gedib içirdik. içmədiyi gün olmurdu. mən də içirdim amma onun qədər başını buraxmırdım. hər gecə blackout olurdu qaytarırdım evə. dünəni xatırlamır. sabahı düşünmür. bütün pulu da xərcləyib. kimləsə dalaşırdı. söyürdü. ayırırdım
başqa şəhərə köçdü bir ara, yeni iş və həyat qurmağa çalışdı içkidən uzaq, dayana bilmədi qayıtdı. getdiyi barlar üçün darıxırdı. getdiy yenə içdiy. qayıdışını qeyd etdiy.
o günlərdə onu qəti başa düşmür və deyirdim ki məntiqsiz hərəkət edirsən. özün özünə qaz verirsən ki içməsəm dayanammaram, əslində dayanarsan. bu qədər içmək də ziyandi və s. uzun müddətli ziyanı qoy bir kənara, qısa müddətli belə bugün içdin sabah idraki funskionallığın zəifləyir, əsəblərin pozulur və.s
onun etdiyi şeyi mən də otla edirdim. sonra ota ara verməyə çalışdım. o da getdi. bir də baxdım ki yavaş-yavaş içmədən dayana bilmir olmuşam. hər gün bugün içməyəcəm deyirsən ama günün sonunda bir də görürsən ki hardasa necəsə içmisən və o səni sakitləşdirib bir az da olsa.
plus, indi başa düşürəm ki məsələ alkoloqlun dəmi gəldi deyə içmək deyil, məsələ biraz ayılan kimi və idraki funksionallığın yerinə gələn kimi o qaçdığın və gizləndiyin mövcud bir problemin sənin ömrünə oturmasıdı. çıxış yolu yoxdusa əgər, onu unutmaq üçün ya agresiyanı azaltmaq üçün butulkanı qaldırırsan başına. içəndə xoşbəxt olursan, ama içdiyin üçün xoşbəxt deyilsən. içmək istəmirsən. ama içməsən əlini ayağını divarda qıracaqsan.
mənim öz içməyə məcbur olma səbəbim böyüyüb bu qədər ömrümə oturmayana qədər fikirləşmirdim ki o dostum niyə içir. deməli onun da unutmağa çalışdığı nəsə var. hansı ki həyatının alt üst olduğunu da bilirdim, övladlıq böyüdülüb məsələn. amma özünün də içmədən dayana bilməyəcək səviyyədə bir dərdin olmayana qədər empatiya qapıların bağlı qalır əlbətdə. önyarqı hər yerdədi. başqasının nəyi niyə etdiyini başa düşmürsən o vaxta qədər.
hirsini bədənində boğub içmədən dayanıb özünü müalicə etmək istəyirsən. bir həftə içmədən dayansam hirsimlə baş edərəm deyirsən. ama nafilə. heyfin gələn tək şey olur, o da nə qədər pulun getdiyi. gedib ən ucuz və murdar dadı olan vodkanı belə alırsan vodka sevməsən belə. sağlığın ya psixologiyan vecinə belə olmur. çünki ayıq qalmaq sanki daha da zərər verir.
boksa yazılmaq istəyirsən, hər dəfə eyni problemin əsəbi beyninə vuranda yumruqlayıb soyuyasan deyə, ama boks torbasını üstündə gəzdirmək olmur. əsəb gələn anda orda olmayacaq. nə də ki öz evin də yoxdu ki boks torbası asasan. butulka isə həmişə sumkadadı. ya da joint.
aludəçiləri qınayan insanlara nifrət edirəm. bilmirlər məsələ nədir. ancaq mühakimə edirlər.
aludəçilərin də ayıq-baş insanları qınamasına nifrət edirəm. təhsilsiz analiz edirlər. kimin bədəninin və psixologiyasının nəyə necə dözümlü olduğunu fikirləşmirlər.
axırda hər şeyi siktir edib belə bir mahnı açırsan və özünə verdiyin zərəri məşrulaşdıracaq bir nota eşitmək istəyirsən.
adı üstündə, ölümünə.

 

bir vaxtlar içəndə cem karacaya, fikret fızıloka qulaq asırdım. indi onlara qulaq asamaq mənim üçün qadağandır. şərqə baxmaq qadağan olduğu kimi.

Xüsusi

Varlıq və Yoxluq arasında

Varlıq və Yoxluq arasında romanı Xancan Kərimovun 2017ci il 30 May tarixində çapdan çıxmış ilk romanıdır. Yazar romanın yazılımına 2016cı il sentyabr ayında başlamış və 2017ci il mart ayında bitirmişdir.

“..Qırmızı, bir xatirədir. Zərərsiz və kiçik xatirə. Mavi, soyuq, isti, qaranlıq, yaşıl, dəniz, A’nın tələffüzü, qaçmaq və gülmək ən incə təfərrüatlarına qədər işlənilib yaddaşa yüzlərlə ya minlərlə neyron şəbəkəsi tərəfindən həkk olunmuş xatirələrdir. Bütün bu zərərsiz və kiçik təfərrüatlar birləşərək daha böyük, kompleks və bəzən zərərli xatirələr yaradırlar..” – kitabın arxa qapağından.

Yazar bu əsərində insanın varlıq və yoxluq arasındakı tərəddüdünün dərinliyinə enərək ortaya çıxan vəsvəsənin fəlsəfi və psixoloji prinsiplərini incələyir. Xoşbəxtlik və bədbəxtlik arasında dillemada ilişib qalan insanoğlunun nə edirsə etsin tragediyadan qaça bilməyəcəyinə deyinir. Köçəri həyat yaşayanların hekayələrindən bəhs edən yazar nostalgiyanın niyə və necə müasir xəstəlik formasına çevrildiyindən danışır.
Gəlir ədalətsizliyi, işsizlik, yadlaşma, narkotik və seks distopiyasının içində boğulan müasir gəncliyin iztirablarını elmi və ədəbi nöqteyi nəzərdən ələ alan yazar hadisələrə təkamülün gözü ilə baxaraq insanın niyə genetik və coğrafi determinizmin qurbanı olduğunu aydınlaşdırmağa çalışır. Roman 400 səhifədən ibarətdir.

Kitab Alatoran yayımları tərəfindən çap edilmişdir və aşağıdakı satış məntəqələrindən əldə edilə bilər:

Qiymət: 6 man.

Kitabevim – 28 May metrosu yaxınlığında

Akademiya Kitab – Targovıda, Edebiyyat muzeyinin altında

Xan Xezinesi – Elmler Akademiyası metrosu yaxınlığında
Səyyar satış:
KitaBaz –  051-438-32-64, Qurban Məmmədli:
Varlıq və yoxluq arasında

 

 

 

ölüm adlı yarımçıq şeir.

Bütün bu intihar sancılarına baxmayaraq,
Yaşamaq istəyirəm, həyat,
Sənin bütün ağrılarına baxmayaraq,
Yaşamaq istəyirəm.
Geridə qalır planlaşdırılmış bütün intihar girişimlərim
Yaşamaq istəyirəm,
Həm də bütün gücsüzlüyümlə,
Bütün bezmişliyimlə,
Bütün qorxaqlığımla. Oxumağa davam et “ölüm adlı yarımçıq şeir.”

Ofisiant

Əvvəl ofisiant işləyirdim indi satıcı, hansı daha pisdi qərar verə bilmirəm. İndi işdə oturmuşam, bu başlığı gördüm, yadıma düşdü.

Birinci ofisiant işimdə 17saat işləyirdim, 17 yaşımda, və günə cəmi 14tl alırdım. 7 manat o vaxtı, 9 il əvvəl. Dönərxanaydı adanada. Sonra Ankarada başladım başqasına, 14-15 saat, günə 16 manat, puluna görə babat sevinmişdim, ama zülüm idi iş əlbətdə. Ankaranın məhşur səmtində, 7ci cadde, bahalı üç mərtəbə restoranın axırıncı mərtəbəsində başladım. Məndən əvvəl beş nəfər baxırmış o mərtəbəyə, mən başlayanda iki nəfər olduq, 30 stul var idi deyəsən, dəlixanaydı, başımız qaçırdı. Ankaranın varlıları, varlı tələbələri gəlirdi daha çox. Bilkent sarışınları gəlirdi, otururdu, naz edirdi, əsəbləşirdi üstümüzə.”Ay canım bugün operayamı gitsem tiyatroyamı gitsem alışverişemi gitsem karar veremedin buraya geldim” tipləri. Oxumağa davam et “Ofisiant”